Güclü təsiredici narkotik vasitələrin satışında şübhəli bilinən şəxs tutuldu | 1news.az | Xəbərlər
Cəmiyyət

Güclü təsiredici narkotik vasitələrin satışında şübhəli bilinən şəxs tutuldu

Qafar Ağayev13:17 - 01 / 04 / 2022
Güclü təsiredici narkotik vasitələrin satışında şübhəli bilinən şəxs tutuldu

İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı gülcü təsiredici narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs tutulub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı üzərində narkotik vasitə daşıyan, əvvəllər də eyni əməlinə görə məhkum edilmiş rayon sakini Elbrus Abdulov saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.

Paylaş:
307

Son xəbərlər

Bütün xəbərlər