Martda Bakıdan Şuşaya 799 sərnişin daşınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Martda Bakıdan Şuşaya 799 sərnişin daşınıb

S.Xankişiyeva17:46 - 01 / 04 / 2022
Martda Bakıdan Şuşaya 799 sərnişin daşınıb

Dövlət Avtomobil Nəqliyyatı Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərə təşkil edilən müntəzəm avtobus reyslərinin mart ayı üzrə statistikası açıqlanıb.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə xidmətdən məlumat verilib.

Hesabat dövründə Bakı Beynəlxalq Avtovağzaldan Şuşaya 799, Ağdama isə 154 sərnişin daşınıb.

Bununla yanaşı, Bərdə avtovağzalından Ağdama - 408, Əhmədbəyli avtostansiyasından isə Şuşa köhnə avtovağzalına - 470 sərnişin daşınıb.

Paylaş:
373

Son xəbərlər

Bütün xəbərlər