Azərbaycana gələnlərə işğaldan azad edilmiş əraziləri tanıtmaq məqsədi ilə yeni layihəyə start verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana gələnlərə işğaldan azad edilmiş əraziləri tanıtmaq məqsədi ilə yeni layihəyə start verilib - FOTO

Qafar Ağayev11:28 - 01 / 04 / 2022
Azərbaycana gələnlərə işğaldan azad edilmiş əraziləri tanıtmaq məqsədi ilə yeni layihəyə start verilib - FOTO

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən işğaldan azad edilmiş ərazilərdə yol infrastrukturunun bərpası istiqamətində genişmiqyaslı işlər aparılır. Bu prosesin önəmli parçası olaraq, işğaldan azad edilmiş ərazilərimizə doğru istiqaməti və məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması işləri də davam etdirilir.

Bu barədə 1news.az-a Avtomobil Yolları Dövlət Agentliyindən məlumat verilib.

Bu istiqamətdə Agentlik tərəfindən növbəti layihəyə start verilib. Belə ki, ölkəmizin bütün giriş qapılarından başlayan yollara paytaxtımız Bakı ilə yanaşı Azərbaycanın tarixi mədəniyyət mərkəzi və Qarabağımızın tacı olan Şuşa şəhərinədək olan məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması işlərinə start verilib. Məqsəd ölkəmizə gələn hər bir şəxsə işğaldan azad edilmiş əraziləri tanıtmaqdır.

Layihə çərçivəsində məlumatverici lövhələr ilkin mərhələdə Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Samur, Bakı-Ələt- Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Qırmızı körpü və Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Astara sərhəd keçid məntəqələri hissəsində olan magistral avtomobil yollarında quraşdırılıb.

Növbəti mərhələdə anoloji məlumatverici lövhələrin Hacıqabul-Horadiz-Ağbənd-Zəngəzur dəhlizi avtomobil yolunun Ağbənd, Yevlax-Zaqatala-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Mazımçay, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun Biləsuvar, Gəndob-Xaçmaz-Yalama-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun Yalama, Ağstafa-Poylu-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Sadıxlı sərhəd keçid məntəqələri, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil yolunun Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı hissəsində olan avtomobil yollarına quraşdırılması nəzərdə tutulur.

Sözügedən layihə çərçivəsində işlər mərhələli şəkildə davam etdirilir və anoloji məlumatverici lövhələrin zəruri olan digər ərazilərdə də quraşdırılması planlaşdırılır.

Bununla yanaşı bütün magistral və respublika əhəmiyyətli, həmçinin yeni inşa edilən avtomobil yollarında işğaldan azad olan ərazilərimizdə yerləşən şəhər və rayon mərkəzlərinə qədər olan məsafəni bildirən məlumatverici lövhələrin quraşdırılması, köhnə lövhələrin yenilənməsi işləri da paralel olaraq davam etdirilir.

Paylaş:
351

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər