Apteklərdə monitorinq keçirilib: 9 adda dərman müsadirə olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Apteklərdə monitorinq keçirilib: 9 adda dərman müsadirə olunub

S.Xankişiyeva15:51 - 04 / 04 / 2022
Apteklərdə monitorinq keçirilib: 9 adda dərman müsadirə olunub

Bakı şəhəri üzrə 10, digər rayonlar üzrə 2 aptek olmaqla, 12 aptekdə planlı və plandankənar yoxlamalar həyata keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Qeyd edilib ki, müsadirə edilən qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 9 adda 26 qutu təşkil edib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 7 protokol tərtib edilib.

Paylaş:
336

Son xəbərlər

Bütün xəbərlər