Güclü külək nə vaxta qədər davam edəcək? | 1news.az | Xəbərlər
Cəmiyyət

Güclü külək nə vaxta qədər davam edəcək?

12:26 - 04 / 04 / 2022
Güclü külək nə vaxta qədər davam edəcək?

Ölkədə müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, aprelin 4-ü saat 12:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti yağmursuz keçib.

Qərb küləyinin sürəti Naftalanda 32 m/s, Gəncədə 24 m/s, Ağdam, Tərtərdə 22 m/s, Bərdədə 20 m/s, Qobustan, Şəmkirdə 18 m/s, Kəlvəzdə 17 m/s, Xaçmazda 15 m/s, Bakıda və Abşeron yarımadasında arabir 38 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2,6 metrə çatıb.

Aprelin 4-də ölkə ərazisində güclü şimal-qərb küləyi davam edəcək. Küləyin maksimal sürətinin bəzi yerlərdə arabir 33-38 m/s-dək çatacağı, 5-i səhər saatlarından zəifləyəcəyi, gündüz mülayim cənub küləyinin əsəcəyi gözlənilir.

1news.az

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər