Azərbaycanda vərəm xəstələrinin sayı açıqlanıb

Azərbaycanda hazırda təxminən 5 minə yaxın vərəmli xəstə var.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Həqiqət Qədirova Ümumdünya Vərəmlə Mübarizə Gününə həsr olunmuş Beynəlxalq Konfransda deyib. Onun sözlərinə görə, ötən il 1467 nəfərdə ilkin ağciyər xəstəliyi aşkar edilib:
"BMT-nin vərəmlə bağlı siyasi bəyannaməsi var. Onlardan biri bu idi ki, beş il ərzində 40 milyon xəstənin müalicəsi təmin edilməli idi. Vərəmlə mübarizəyə ayrılan vəsait ildə 16 milyon dollara çatdırılmalı idi. Lakin COVID-19 pandemiyası vərəmlə mübarizə tədbirlərinə mənfi təsir edib. COVID-19 pandemiyası dövründə Azərbaycanda vərəmin aşkarlanması sayı aşağı düşüb. Bu da COVID-19 pandemiyası ilə bağlı idi”.
1news.az