Doğulan hər 3 min uşaqdan biri eşitmə qüsurlu olur | 1news.az | Xəbərlər
Cəmiyyət

Doğulan hər 3 min uşaqdan biri eşitmə qüsurlu olur

Qafar Ağayev16:19 - 06 / 04 / 2022
Doğulan hər 3 min uşaqdan biri eşitmə qüsurlu olur

“Qız uşaqları oğlanlara nisbətən daha tez danışmağa başlayır”.

1news.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti pediatr Əkbər Quliyev deyib. Onun sözlərinə görə, bu, uşağın sosial mühitindən də asılıdır:

“Amma əgər uşaq gec danışırsa, ilk olaraq eşitmə problemlərindən şübhələnirik. Buna görə də yeni doğulanlarda eşitmə testi aparılır. Doğulan hər 3 min uşaqdan biri eşitmə qüsurlu olur”.

Pediatr uşaq bezlərinin mənfi təsirini də qeyd edib:

"Bez istifadə edilən zaman dərinin hava ilə təması olmur. Uşağın qasıq tərəfi tərə məruz qalır. Bez tez-tez dəyişdirilməyəndə uşaqlarda ciddi narahatlıq yaradır. Uşaq əgər özü gəzirsə, bezi yavaş-yavaş tərgitmək lazımdır" - o deyib.

Paylaş:
565

Son xəbərlər

Bütün xəbərlər