Azərbaycan vətəndaşları 69 ölkəyə vizasız səyahət edə bilər - SİYAHI
“Henley & Partners” 2022-ci ilin 2-ci rübünə vizasız səyahət azadlığı üzrə dünya pasportlarının reytinqini dərc edib.
“Henley & Partners” Pasport İndeksi dünya üzrə 227 ölkə və ərazinin viza qaydalarını təhlil edir və onları vizadan azad olan ölkələrin sayına görə sıralayır - bu reytinq dünyanın ən böyük turist məlumat bazasını saxlayan Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) ilə birgə 10 ildən artıqdır dərc edilir.
1news.az təşkilatın saytına istinadən xəbər verir ki, 2022-ci ilin ikinci rübünün göstəricilərinə görə Sinqapur və Yaponiya pasportları pasport indeksində birinci yeri bölüşür. Bu da dünyanın 192 ölkəsinin sərhədlərinin bu ölkələrin vətəndaşları üçün açıq olması deməkdir. İkinci yerdə Almaniya və Cənubi Koreya (190 vizasız istiqamət) qərarlaşıb. Üçüncü yeri eyni anda dörd ölkə - Finlandiya, İtaliya, Lüksemburq və İspaniya (189 istiqamət) bölüşür.
Azərbaycan Pasportu vizasız səyahətə görə, 2022-ci ilin ikinci rübündə 75-ci yerdə qərarlaşıb. .
Əgər əvvəllər Azərbaycan vətəndaşları 69 ölkəyə vizasız səyahət edə bilər.
Xatırladaq ki, 2022-ci ilin birinci rübünün göstəricilərinə görə Azərbaycan 74-cü yerdə qərarlaşırdı.