Bakı məktəblərində “Şuşa ili” ilə bağlı keçiriləcək tədbirlər müəyyənləşib | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı məktəblərində “Şuşa ili” ilə bağlı keçiriləcək tədbirlər müəyyənləşib

Qafar Ağayev12:13 - 06 / 04 / 2022
Bakı məktəblərində “Şuşa ili” ilə bağlı keçiriləcək tədbirlər müəyyənləşib

Paytaxtdakı təhsil müəssisələrində həyata keçiriləcək tədbirlərə dair Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.

1news.az xəbər verir ki, əmrə əsasən, təhsil müəssisələrində “Şuşa ili” ilə bağlı silsilə tədbirlərin, “Zəfər” olimpiadasının keçirilməsi, məktəblilər arasında “Əziz Şuşa, sən azadsan!”, “Şuşa Qarabağın döyünən ürəyi” mövzularında inşa yazı müsabiqəsinin təşkili nəzərdə tutulur.

Həmçinin YUNESCO Assosiativ Məktəblər Şəbəkəsinə üzv olan təhsil müəssisələrinin, “Qardaşlaşmış məktəblər” təşəbbüsünə qoşulmuş yerli və xarici ölkə məktəblərinin “Şuşa ili” ilə bağlı birgə tədbirlərinin keçirilməsi planlaşdırılır.

Bundan əlavə, Şuşada yaşamış görkəmli şəxsiyyətlərin həyat və yaradıcılığına həsr olunmuş tədbirlər təşkil olunacaq, yuxarı sinif şagirdləri arasında Şuşanın 270 illik yubileyinə həsr olunmuş “Ən yaxşı elektron təqdimat” müsabiqəsi keçiriləcək.

Məktəb kollektivlərinin, “Şuşada bir gün” Respublika fənn olimpiadaları qaliblərinin, ümumi təhsil müəssisələri şagirdlərinin Şuşa şəhərinə səfərlərinin, Şuşada yay məktəblərinin, könüllülər düşərgələrinin təşkili nəzərdə tutulur.

Paylaş:
247

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər