Samuxda Təbiət Qoruğunda yanğın olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Samuxda Təbiət Qoruğunda yanğın olub

S.Xankişiyeva12:54 - 06 / 04 / 2022
Samuxda Təbiət Qoruğunda yanğın olub

Samux rayonunda Eldar Şamı Dövlət Təbiət Qoruğunun ərazisində yanğın olub.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Qoruğun ərazisində təqribən 3 ha sahədə quru ot, kol-kos və ağaclar yanıb. Qoruğun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Paylaş:
296

Son xəbərlər

Bütün xəbərlər