Bakı metrosu üç yeni təsərrüfat qatarı alıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosu üç yeni təsərrüfat qatarı alıb

S.Xankişiyeva11:09 - 07 / 04 / 2022
Bakı metrosu üç yeni təsərrüfat qatarı alıb

"Bakı metropoliteni" QSC yenicə aldığı üç yeni təsərrüfat qatarını (motovoz) istismara verib.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə qurumdan bildirilib ki, qatarlar Azərbaycanın texniki şərtləri əsasında Rusiyada - “ViLen” MMC-də istehsal olunub.

Bu zaman Bakının iqlim şəraiti, metropolitenin hidrogeoloji şəraiti, relyefi, yolun plan və profil vəziyyəti, yerinə yetirilən işlərin xüsusiyyətləri nəzərə alınıb.

Əgər indiyə qədər metroda xüsusilə ağır və uzun mal-materialın daşınmasını istismar müddətini başa vurmuş iki motovoz birlikdə yerinə yetirirdisə, yeni təsərrüfat qatarının hər biri bu işi təkbaşına görə bilir.

Təsərrüfat qatarlarının istehsalında güc qurğularına da xüsusi texniki şərtlər qoyulub. Bu mənada onlar müasir dövrün ekoloji standartlar baxımından ən yüksək tələblərinə uyğun cavab verən “Cummins” tipli dizel mühərriki, həmçinin məsafəli idarəetməyə malik mexaniki sürət qutusu ilə təmin edilib. Qatarların üstünlükləri sırasında radiorabitə şəbəkəsi, işıqdiodlu işıqlanma və reversiv idarəetmə sistemlərlə təchizat da qeyd olunmalıdır və bununla yeni motovozlar əvvəlki nəsil analoqlarından seçilir.

Hazırda Bakı metrosunda 27 təsərrüfat qatarı var. Onlardan 5-i 2014-2017-ci illərdə alınıb. Motovoz parkının əsasən əvvəlki nəslə mənsub maşınlardan ibarət olması və Bənövşəyi xəttin ehtiyacları nəzərə alınmaqla, yenilənmə prosesinin qarşıdakı illərdə davam etdirilməsi nəzərdə tutulub.

Paylaş:
289

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər