Azərbaycanda kişi arvadını “Tik-Tok”dan istifadə etdiyinə görə döydü, qadın isə... | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda kişi arvadını “Tik-Tok”dan istifadə etdiyinə görə döydü, qadın isə...

Qafar Ağayev11:50 - 07 / 04 / 2022
Azərbaycanda kişi arvadını “Tik-Tok”dan istifadə etdiyinə görə döydü, qadın isə...

Abşeronda kişi arvadını “Tik-Tok” sosial şəbəkəsindən istifadə etdiyinə görə döyüb.

1news.az-ın “Report”a istinadən əldə etdiyi məlumat görə, bu barədə Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqında elan olunub.

İttiham aktına əsasən, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü V.X. (ad, soy adı şərti) həyat yoldaşı L.X. (ad, soy adı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının “Tik-Tok” sosial şəbəkəsindən istifadə etməsi olub.

Daha sonra o, arvadının başına və bədəninin müxtəlif nahiyəsinə yumruqla vurub.

Qadının şikayətindən sonra V.X. saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib.

Məhkəmədə elan edilib ki, hazırda tərəflər barışıb, zərərçəkmişin V.X.-ya qarşı heç bir şikayəti və tələbi yoxdur. O, məhkəmədən işin xitam olunmasını xahiş edib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə icraata xitam verilib və V.X. cinayət məsuliyyətindən azad olunub.

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər