Qazaxıstana getmək üçün 5 səbəb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qazaxıstana getmək üçün 5 səbəb - FOTO

Qafar Ağayev10:00 - 11 / 04 / 2022
Qazaxıstana getmək üçün 5 səbəb - FOTO

Gözlənilən bahar fəsli yaxınlaşdı və elə indi səyahət etməyin əsl vaxtıdır.

Çimərlik mövsümü ərəfəsində nadir təbiət mənzərələrini öz gözlərinizlə görmək və yerli ləzzətlərdən dadmaq üçün qonşu Qazaxıstan ölkəsinə baş çəkə bilərsiniz. Aktau Qazaxıstanın qərbində yerləşən dənizkənarı şəhərdir. Buradan bölgənin qeyri-adi mənzərələrindən keçən bütün marşrutlar başlayır. Aktau şəhərinə getməyiniz üçün 5 səbəbi sizə təqdim edirik.

Səbəb 1

Bozjıra – Aktau şəhərinin vizit kartı hesab olunan, ziyarət edilməli yerlər siyahısında başçılıq edən bir məkandır. Turistlər dünyanın hər yerindən müxtəlif ölçülü və əsrarəngiz qayalardan zövq almaq üçün buraya gəlirlər. Vadi eyniadlı dağın yerləşdiyi Manqışlak yarımadasının Ustyurt yaylasının kanyonunun dibində uzanır. Vadinin relyefi o qədər müxtəlifdir ki, onu həm eniş, həm də yoxuşlardan seyr etmək mümkündür. Bozjıra vadisi ən çox "Dişlər" ləqəbli iki əhəngdaşı zirvəsi (qalıqlar - geoloji adı) ilə tanınır.

Səbəb 2

Kızılkup - cəmi bir neçə il əvvəl yaradılmış görməli yerlərindən biridir. Onun panoramaları ilk baxışdan öz miqyası və qeyri-adi mənzərələri ilə diqqəti cəlb edir. Belə mənzərələr bir sözlə möhtəşəmdir. Kızılkup həm də qədim Tetis okeanının dibi olan Ustyurt yaylasında yerləşir. Minilliklər ərzində çöküntülərin və orqanizmlərin qalıqlarının təbəqələşməsi relyefin unikal konturlarını və rənglərini yaratmışdır ki, bu da “qeyri-adi” ləqəbin yaranmasına səbəb olmuşdur. Beləliklə, Kızılkup italyan deserti ilə oxşarlığına görə "tiramisu" adını aldı.

Səbəb 3

Bəkət-Ata və Şopan-Ata Manqışlak yarımadasında yerləşən, görməli yerlərindən biri hesab olunan müqəddəs məscidləridir. Bəkət-Ata məscidi mağaranın dərinliyində Oğlandı ərazisində yerləşir. Məscidə çatmaq üçün ziyarətçi bir kilometr yarım dərinliyə enməlidir. Yeraltı məscid dörd otaqdan ibarətdir, onlardan birində müqəddəsin özü dəfn olunub. Məsləhət və kömək üçün onu ziyarət edən istisnasız hər kəsə yardım etməsi və laqeyd yanaşmaması onun müqəddəs kimi qəbul olunmasında başlıca səbəblərdəndir. Bəkət-Ata bir sufi idi. Onun təlimi insanın Allahı daha yaxından tanımaq üçün özünü təkmilləşdirməsi ideyasına əsaslanır. Bəkət-Ata ona xeyir-dua verən Şopan-Atanın davamçısı idi. Ona görə də bu iki müqəddəs məkan bir-birinə bağlıdır. Bəkət-Ata kompleksinin ərazisində şəfalı bulaq, çöl tülküləri, cüyürlərə rast gəlmək olar. Müqəddəsin göstərişlərinə əsasən, bu yerlərdə ov qadağan edildi, buna görə heyvanlar insanlara öyrəşdilər.

Səbəb 4

Fişbarmak milli qazax mətbəxinin ənənəvi yeməyi hesab olunur. Quzu və mal əti əvəzinə balıqdan hazırlanır. Buna görə də yeməyi "fiş" (ingilis dilindən balıq) və "barmak" (qazax dilindən barmaq) adlandırdılar. Bu yemək həm dadlı, həm doyumlu və tamamilə zövqünüzü oxşayacaq, çünki təzə tutulmuş nərə balığından hazırlanır.

Bundan əlavə, şəhərdə steyk, makaron, burger və nərə balığından panini hazırlanır.

Səbəb 5

Aktau şəhərində, ​​Xəzər dənizinin sahilində Rixos Water World Aktau beynəlxalq otel şəbəkəsi fəaliyyət göstərir. Burada hər bir qonağa “hər şey daxil” konsepsiyası altında bütün xidmətlər təklif olunur. Oteldə restoran, barlar, spa və bir neçə hovuz yerləşir. Sərin dəniz küləyi altında yoqa, pilates, krossfit, aqua aerobika, velo-kross, tai-çi və su polosuna qədər gündəlik idman fəaliyyətlərinə ev sahibliyi edir. Bundan əlavə, otelin idman meydançasında tam hüquqlu futbol meydançası və tennis kortları var ki, burada siz özünüzü matçın peşəkar iştirakçısı kimi hiss edə bilərsiniz.

Otelin qonaqları zəngin və əyləncəli proqramını da yüksək qiymətləndirə bilər. Gündəlik tədbirlər uşaqlar və böyüklər üçün festival formatında artistlərin canlı ifaları, açıq hava konsertləri ilə keçirilir. Rixy Kids Club uşaqları müsabiqələr və oyunlarla əyləndirir. 6 konfrans zalında işgüzar danışıqlar və korporativ oyunlar aparılır. Axşam isə qonaqları otelin restoranlarında axşam şousu və ləziz şam yeməyi gözləyir.

Aktau şəhərinə necə getmək olar?

Qazaxıstanın aşağıbüdcəli aviaşirkəti olan FlyArystan Bakıdan Aktau şəhərinə birbaşa uçuşlara başlayıb. Cümə və bazar günləri uçuşlar həftə sonu səfərləri üçün uyğundur. Aviabiletlər aviadaşıyıcının mobil tətbiqində, flyarystan.com saytında, həmçinin yerli kassalarda və agentliklərində əldə etmək olar. Aşağıbüdcəli aviaşirkəti FlyArystan Aktaudan rahat transfer ilə Qazaxıstanın paytaxtı olan Nur-Sultan və Atırau şəhərlərinə uçuşlar təklif edir. Almatı və Çimkənd cənubi şəhərlərinə də uçuşlar mövcuddur.

FlyArystan aviaşirkəti Airbus A320 komfortlu təyyarələrindən ibarətdir. O, Qazaxıstan və Avrasiyada beynəlxalq uçuş təhlükəsizliyi standartlarına əməl edən və pilotları 10 ildən artıq təcrübəyə malik ilk aşağıbüdcəli aviaşirkətdir. FlyArystan Qazaxıstan Air Astana milli aviadaşıyıcısının struktur bölməsidir. 2019-cu ildə fəaliyyətə başlayandan bəri FlyArystan avişirkətində Airbus A320 təyyərələrin sayı 3-dən 10-a qədər artıb.

Reklam hüququnda

Paylaş:
517

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıb26 / 11 / 2024, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındı26 / 11 / 2024, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcək26 / 11 / 2024, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”26 / 11 / 2024, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTO26 / 11 / 2024, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edib26 / 11 / 2024, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanır26 / 11 / 2024, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaq26 / 11 / 2024, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaq26 / 11 / 2024, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edir26 / 11 / 2024, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublar26 / 11 / 2024, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAM26 / 11 / 2024, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilir26 / 11 / 2024, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunub26 / 11 / 2024, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEO26 / 11 / 2024, 13:18
Bütün xəbərlər