Azərbaycanlı şagird Avropa Qızlar Riyaziyyat Olimpiadasında qızıl medal qazandı
Macarıstanın Eqer şəhərində 11-ci Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) keçirilib.
1news.az xəbər verir ki, 57 ölkədən 222 məktəblinin iştirak etdiyi olimpiadada ölkəmiz 4 məktəbli ilə təmsil olunub.
Məktəblilərimiz olimpiadada uğurla çıxış edərək 1 qızıl, 2 bürünc medal və 1 “Həvəsləndirici mükafat” qazanıblar. Belə ki, Təhsil Nazirliyinin tabeliyində olan Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Fidan Qarayeva qızıl medala, Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin X sinif şagirdləri Fidan Cəfərli və Səfurə Ramizqızı bürünc medala, həmin liseyin IX sinif şagirdi Sevinc Mahmudova isə “Həvəsləndirici mükafat”a layiq görülüb.
Məktəblilərimizi təbrik edir və uğurlar arzulayırıq!
351