BNA-da aparılan yoxlamaların nəticələri məlum olub | 1news.az | Xəbərlər
Cəmiyyət

BNA-da aparılan yoxlamaların nəticələri məlum olub

S.Xankişiyeva14:35 - 12 / 04 / 2022
BNA-da aparılan yoxlamaların nəticələri məlum olub

Bakı Nəqliyyat Agentliyində aparılan yoxlamaların nəticələri məlum olub.

1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, Hesablama Palatasının apardığı audit zamanı məlum olub ki, Bakı Nəqliyyat Agentliyinə dövlət büdcəsindən ayrılan vəsaitlərin icrasının və dövlət əmlakından istifadənin uyğunluq auditinin nəticələri üzrə Azərbaycan Respublikası Prezidentinin "Bakı şəhərində nəqliyyat sahəsində islahatların keçirilməsinə dair əlavə tədbirlər haqqında” 2015-ci il 21 dekabr tarixli fərmanına əsasən, Nəqliyyat Nazirliyinin tabeliyində olan "Nəqliyyatın İntellektual idarəetmə Mərkəzi MMC Bakı Nəqliyyat Agentliyinin tabeliyinə verilməsi çərçivəsində müəyyən işlər görülüb.

Ancaq yoxlama nəticəsində tapşırığın tam şəkildə icra olunmadığı, dövlət büdcəsinin investisiya xərcləri hesabına Bakı Nəqliyyat Agentliyi tərəfindən ümumilikdə 165 836,9 min manata 415 ədəd sərnişin avtobusunun alınması (2018-ci il 16 noyabr tarixli və 2020-ci il 03 aprel tarixli müqavilələrlə) əməliyyatları başa çatmadığı üzə çıxıb. Eyni zamanda həmin avtobuslardan ilkin dəyəri 159 211,1 min manat olan 394 ədədinin qanunvericiliyə uyğun razılaşdırılmaqla əvəzsiz olaraq "BakuBus" MMC-nin istifadəsinə verilməsi şəraitində Nazirlər Kabinetinin 2010-cu il 22 oktyabr tarixli, 183 nömrəli qərarının tələbləri çərçivəsində həmin investisiya qoyuluşunun aidiyyəti üzrə nizamnamə kapitalının artırılmasına yönəldilməsi üçün müvafiq tədbirlərin həyata keçirilməyib.

Xatırladaq ki, Prezident İlham Əliyevin Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” 2022-ci il 7 fevral tarixli fərmanına əsasən, Bakı Nəqliyyat Agentliyi publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. Eyni zamanda Agentliyin balansında olan və “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin funksiyalarının təmin edilməsi üçün zəruri olan dövlət əmlakının və maddi-texniki Daxili İşlər Nazirliyinin balansına verilib.

Paylaş:
305

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər