Peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Peyvənd olunanların sayı açıqlanıb

S.Xankişiyeva17:21 - 12 / 04 / 2022
Peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus əleyhinə 9 660 vaksin vurulub.

Bu barədə 1news.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Son sutkada birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 709, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 856, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 7547, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 548 nəfərdir.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 558 968, birinci doza peyvəndlərin ümumi sayı 5 331 706, ikinci doza vaksinlərin sayı 4 833 723 təşkil edib.

Üç və daha çox doza vaksinlərin sayı 3 159 255, pozitiv nəticədən sonra buster doza vaksinlərin sayı isə 234 284 olub.

Paylaş:
560

Son xəbərlər

Bütün xəbərlər