Ramazanın 12-ci günü: dua, imsak və iftar vaxtı - TƏQVİM | 1news.az | Xəbərlər
Cəmiyyət

Ramazanın 12-ci günü: dua, imsak və iftar vaxtı - TƏQVİM

S.Xankişiyeva10:55 - 12 / 04 / 2022
Ramazanın 12-ci günü: dua, imsak və iftar vaxtı - TƏQVİM

Sabah Ramazan ayının on ikinci günüdür.

1news.az-ın məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, imsak saat 04:36-da, iftar isə saat 19:31-dədir.

İftar duası:

“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli”.

Tərcüməsi:

“İlahi, sənin üçün oruc tutdum, sənin verdiyin ruzi ilə iftarımı açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”

Ramazan ayının 12-ci gününün duası:

“Allahummə zəyyinni fihi bis-sətri vəl-əfaf. Vəsturni fihi bilibasil-qünui vəl-kəfaf. Vəhmilni fihi ələl-ədli vəl-insaf. Və amilni fihi min kulli ma əxaf. Bi-ismətikə ya ismətəl-xaifin”.

Tərcüməsi:

“İlahi, bu gün günahlarımı gizlətmək və iffət bağışlamaqla məni zinətləndir. Bu gün mənə qənaət və kifayətcillik libasını geyindir. Məni bu gün ədalət və insafa vadar et. Bu gün məni bütün qorxduğum şeylərdən amanda saxla. İsmətinə and verirəm, ey qorxu içində olanların mühafizəçisi”.

Allah tutduğunuz orucları qəbul etsin!

Paylaş:
540

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər