Ədəbi mühitdə Qarabağ və Zəfər mövzusu - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ədəbi mühitdə Qarabağ və Zəfər mövzusu - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

S.Xankişiyeva08:59 - 13 / 04 / 2022
Ədəbi mühitdə Qarabağ və Zəfər mövzusu - “Çıxışa doğru”da MÜZAKİRƏ – VİDEO

Qarabağ mövzusu müasir dövr ədəbiyyatımızda mühüm yer tutur. Əslində bu, ümumiyyətlə Azərbaycanın bütövlüyü ideyasını özündə ehtiva edən genişmiqyaslı və xüsusi tədqiqata layiq bir mövzudur.

Ədəbi mühitinin nümayəndələri həm birinci Qarabağ müharibəsinə, yəni problemin kökü və onun ilk mərhələsinə dair əsərlər ortaya qoymuş, həm də müharibənin ikinci və əsas, həlledici mərhələsi olan Vətən müharibəsi və parlaq Zəfərimizə aid əsərlər ərsəyə gətirmişlər. Bu əsərlərdə Azərbaycan xalqının mübarizəsi, əzmi, vətənpərvərliyi, qəhrəmanlığı, bu istiqamətdə baş verən hadisələr yer alıb, bədii şəkildə əks etdirilib.

1news.az-ın verdiyi xəbərə görə, AzTV-nin “Çıxışa doğru” verilişində "Ədəbi mühitdə Qarabağ və Zəfər" mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları – yazıçı-publisist Yunus Oğuz, Azərbaycan Yazıçılar Birliyinin katibi, əməkdar incəsənət xadimi, yazıçı-dramaturq, publisist Elçin Hüseynbəyli, AYB-nin üzvü, şair Emin Piri, yazıçı, filologiya üzrə fəlsəfə doktoru Natəvan Dəmirçioğlu və BSU-nin dosentı Mubarız Əhmədov mövzu ətrafında müzakirə aparıblar.

“Çıxışa doğru” verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Paylaş:
451

Son xəbərlər

Bütün xəbərlər