Azərbaycana giriş üçün COVID-19-a dair PCR test tələbi ləğv olunur - ŞƏRTLƏR | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana giriş üçün COVID-19-a dair PCR test tələbi ləğv olunur - ŞƏRTLƏR

Qafar Ağayev13:00 - 14 / 04 / 2022
Azərbaycana giriş üçün COVID-19-a dair PCR test tələbi ləğv olunur - ŞƏRTLƏR

Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olundu.

1news.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin yaydığı məlumatda qeyd olunub.

Nazirlər Kabinetinin 14 aprel 2022-ci il tarixli qərarına əsasən 2022-ci il aprelin 15-dən etibarən:

- Azərbaycan Respublikasına giriş üçün COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənədi təqdim etmək tələbi ləğv edilir;

- Ölkədaxili uçuşlar zamanı sərnişinlərdən COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Aprelin 15-dən etibarən Bakı-Naxçıvan-Bakı müntəzəm avtobus marşrutunun İran İslam Respublikasının ərazisindən keçməklə avtobus marşrutu ilə hərəkət edən sərnişinlərdən də COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən sənəd tələb olunmur.

Paylaş:
763

Son xəbərlər

Bütün xəbərlər