Azərbaycana təyyarə ilə gələn bu şəxslərdən COVİD-19 pasportu tələb olunmayacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycana təyyarə ilə gələn bu şəxslərdən COVİD-19 pasportu tələb olunmayacaq

Qafar Ağayev13:33 - 14 / 04 / 2022
Azərbaycana təyyarə ilə gələn bu şəxslərdən COVİD-19 pasportu tələb olunmayacaq

Yaşı 18-dək olan şəxslərin hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına girişinə icazə verilmə qaydası dəyişib.

1news.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin müvafiq qərarında əksini tapıb.Qərara əsasən, Azərbaycana giriş üçün COVID-19-a dair PCR testinin təqdim etmək tələbi ləğv olunub.

Bundan əvvəl 18 yaş arasında olan şəxslərə münasibətdə – yalnız uçuşdan əvvəl 72 saat ərzində verilmiş COVID-19-a dair PCR testinin neqativ nəticəsini təsdiq edən sənəd əsasında hava nəqliyyatı vasitəsilə Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilirdi.

Eyni zamanda yaşı 18-dək olan şəxslər COVİD-19 pasportu olmadan da Azərbaycana daxil ola biləcək.

Paylaş:
389

Son xəbərlər

Bütün xəbərlər