“Millikart”ın rəhbərliyi dəyişib | 1news.az | Xəbərlər
Cəmiyyət

“Millikart”ın rəhbərliyi dəyişib

S.Xankişiyeva17:30 - 14 / 04 / 2022
“Millikart”ın rəhbərliyi dəyişib

"Millikart" prosessinq mərkəzi MMC-nin direktoru Elnur Məmmədov vəzifəsini tərk edib.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, şirkətə rəhbərlik onun texniki məsələlər üzrə müavini Emin Muxtarova həvalə olunub.

Xatırladaq ki, "Millikart"ı 2006-cı ildə Azərbaycan Mərkəzi Bankı yaradaraq sonradan banklara satıb. Hazırda onun təsisçiləri fəaliyyətdə olan "Azərbaycan Sənaye Bankı", "Bank Respublika", "Unibank", "Azər-Türk Bank", "Rabitəbank", "Turan Bank", "Bank of Baku" və "Xalq Bank" ASC-lər, "Access Bank" QSC, ləğv prosesində olan "AtaBank", "Amrah Bank", "Dəmir Bank", "Kredo Bank", "Texnika Bank" və "Zamin Bank" ASC-lər, "Bank Standard" QSC, eləcə də "Para" ASC bank olmayan kredit təşkilatı (BOKT) və “Urbis Holding İnc.” şirkətidir.

Paylaş:
395

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər