Aprelin 16-da “Yüksəliş” müsabiqəsi üzrə sınaq imtahanı keçiriləcək | 1news.az | Xəbərlər
Cəmiyyət

Aprelin 16-da “Yüksəliş” müsabiqəsi üzrə sınaq imtahanı keçiriləcək

Qafar Ağayev09:47 - 14 / 04 / 2022
Aprelin 16-da “Yüksəliş” müsabiqəsi üzrə sınaq imtahanı keçiriləcək

Aprelin 16-da "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən 1news.az-a verilən xəbərə görə, sınaq imtahanında hər birində 25 sual olmaqla 4 blok təqdim olunacaq - Azərbaycan tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı; Dünya tarixi, coğrafiyası, mədəniyyəti və ədəbiyyatı; Hüquq və iqtisadiyyat; Müasir trendlər.

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə sınaq imtahanı 16 aprel 2022-ci il tarixində yukselish.az saytında aşağıdakı vaxtlarda keçiriləcək: Birinci sessiya 11.00 – 13.00; İkinci sessiya 15.00 – 17.00

İştirakçıların şəxsi kabinetlərinə imtahan sessiyası ilə bağlı bildiriş göndərilib. İnternet bağlantısı olan kompüterlə (və ya notbukla) istənilən məkandan imtahana qatılmaq mümkündür. İmtahana smartfon və planşetlər vasitəsilə daxil olmaq mümkün deyil.

Qeyd edək ki, imtahanda istifadə olunan qiymətləndirmə materialları Dövlət İmtahan Mərkəzinin ekspertləri tərəfindən hazırlanıb. İştirakçıların imtahanla bağlı hər hansı sualı yaranarsa, 1820 qısa nömrəsinə zəng edə bilərlər.

Paylaş:
304

Son xəbərlər

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıbBu gün, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilibBu gün, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblarBu gün, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıbBu gün, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilibBu gün, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı varBu gün, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıbBu gün, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıramBu gün, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunubBu gün, 15:22ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçibBu gün, 14:48Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıbBu gün, 14:31Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olubBu gün, 14:19ROG Zephyrus G16: Misilsiz təsvir keyfiyyəti və süni intellektin gücü kompakt formatda - FOTOBu gün, 14:16MSK növbədənkənar parlament seçkilərinə yekun vurubBu gün, 14:01“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTOBu gün, 13:16Bakıda daha bir marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunubBu gün, 13:10Yağış yağacaq, külək əsəcək - PROQNOZBu gün, 12:5522 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıbBu gün, 12:49Məzahir Pənahov: “Artıq bizim icraatımızda olan müraciət qalmayıb“Bu gün, 12:39
Bütün xəbərlər