İT siniflərin şagirdləri üçün ekskursiya təşkil olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

İT siniflərin şagirdləri üçün ekskursiya təşkil olunub

Qafar Ağayev12:36 - 14 / 04 / 2022
İT siniflərin şagirdləri üçün ekskursiya təşkil olunub

Aprelin 12-də Təhsil Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “AzInTelecom” MMC-də “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində yaradılmış İT siniflərin şagirdləri üçün seminar-ekskursiya təşkil edib.

1news.az xəbər verir ki, tədbirdə “Zəngi” liseyindən, 132-134 nömrəli məktəbdən və Sumqayıt şəhəri 12 nömrəli məktəbdən “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində yaradılmış İT siniflərinin şagird və müəllimləri, Təhsil Nazirliyinin, “Alqoritmika” şirkətinin və “AzInTelecom”un nümayəndələri iştirak ediblər.Tədbirdə çıxış edən “AzInTelecom”un İdarə Heyətinin sədri Elxan Əzizov şagirdlərə İT-nin ölkənin inkişafındakı rolundan, müasir dünyada İT peşələrinə tələbatdan və gələcək peşə seçimində bu cür ekskursiyaların əhəmiyyətindən danışıb. O, həmçinin qeyd edib ki, Mərkəzdə tələbələrin İT sahəsində bilik və bacarıqlarını təkmilləşdirmək üçün praktiki proqramlar da həyata keçirilir.

Görüşdə iştirak edən “AzInTelecom”un marketinq şöbəsinin müdiri Xalid Xalidli bildirib ki, “AzInTelecom” MMC-nin fəaliyyətinə – AZCLOUD bulud həllərinin təqdim edilməsi, Azərbaycan və digər ölkələr arasında beynəlxalq səs trafikinin ötürülməsi, Biznes-həllər və Mərkəzləşdirilmiş informasiya sistemləri daxildir. X. Xalidli həmçinin bu yaxınlarda ictimaiyyətə təqdim edilmiş üztanıma, "açıq açar" və bulud texnologiyalarını özündə birləşdirən SİMA adı altında bulud əsaslı yeni nəsil rəqəmsal imza haqqında məlumat verib.

Daha sonra, İT sahəsində çalışmağın nə qədər maraqlı olduğunu təcrübədə göstərmək və şagirdləri maraqlandıran sualları cavablandırmaq məqsədilə onların xidmət mərkəzinə ekskursiyası baş tutub.

Xatırladaq ki, 2021-2022-ci tədris ilində respublikanın dörd şəhərində – Bakı, Sumqayıt, Gəncə və Mingəçevirdə 11 məktəbində pilot “İT sinifləri”nə start verilib. Təşkil olunan dərslərə qeyd olunan şəhər məktəblərinin X sinif şagirdləri cəlb olunub və Azərbaycan və rus bölmələrindən olan 316 şagirdi əhatə edir. Növbəti tədris ilində bu siniflərdə şagirdlərin sayının 1000 nəfəri əhatə etməsi planlaşdırılır.

Bu dərslərin əsas məqsədi intensiv İT hazırlığı və şagirdlərə İT peşələrinə hazırlanmasıdır. Bu siniflərdə “İnformatika” fənni həftədə 5 dəfə keçilir. Dərslərdə şagirdlərə Python-da alqoritmlər və verilənlər strukturu, Python-da oyun dizaynı, şəhər mühitinin veb-dizayn və layihələndirilməsi kimi sahələr öyrədilir. Dərslər bu istiqamətlər üzrə təkmilləşdirilmiş təlim keçmiş müəllimlər tərəfindən keçirilir.

Qeyd edək ki, hazırda “Rəqəmsal bacarıqlar” layihəsi ölkənin 16 şəhər və rayonunda 250 məktəbdə 1580-dən çox müəllim və 190 000 şagirdi əhatə edir.

Paylaş:
435

Son xəbərlər

Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi endirilibBu gün, 09:05Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:51COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlər26 / 11 / 2024, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblər26 / 11 / 2024, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcək26 / 11 / 2024, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHI26 / 11 / 2024, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVA26 / 11 / 2024, 17:23
Bütün xəbərlər