Paytaxtda yeni asfaltlanan yolda baxış qapaqlarının ətrafı nə zaman düzələcək? – Agentlikdən AÇIQLAMA - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Paytaxtda yeni asfaltlanan yolda baxış qapaqlarının ətrafı nə zaman düzələcək? – Agentlikdən AÇIQLAMA - FOTO

Qafar Ağayev16:11 - 15 / 04 / 2022
Paytaxtda yeni asfaltlanan yolda baxış qapaqlarının ətrafı nə zaman düzələcək? – Agentlikdən AÇIQLAMA - FOTO

Bakı şəhəri, Nəsimi rayonu Nəcəf bəy Vəzirov küçəsi təxmini 20 gün əvvəl asfaltlansa da yolda kommunikasiya xətlərinin baxış qapaqlarının ətrafı qazılaraq yol səviyyəsindən aşağı salınıb.

Bu barədə barədə küçə sakinlərindən 1news.az-a ünvanlanan şikayətdə bildirilib.

Qeyd olunub ki, baxış qapaqlarının yol səviyyəsindən aşağıda qalması avtomobillərin hərəkətində çətinlik yaradır, bəzən isə qəzalara səbəb olur. Bundan başqa, sakinlər tərəfindən iddia olunur ki, yolun hərəkət hissəsində uzun müddətdir park edilən Daewoo Matiz markalı avtomobil küçə asfaltlanan zaman səkiyə qaldırılıb, hələ də orada dayanaraq piyadaların hərəkətinə maneçilik törədir.

Məsələ ilə bağlı 1news.az-ın sorğusuna cavab verən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli bildirib ki, baxış qapaqlarının aşağıda olması ilə bağlı aidiyyəti şöbəyə məlumat verilib.

Anar Nəcəfli

“Həmin ərazidə yol təmirini həyata keçirən MMC-yə tapşırıq veriləcək, problem qısa müddətdə aradan qaldırılacaq”.

Avtomobilin səkidə saxlanmasına toxunanan A.Nəcəfli əlavə edib ki, avtomobilin səkidə olmasına Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi cavabdeh deyil.

“Ola bilər ki, avtomobili ora kimsə sonradan gətirib qaldırıb, ancaq avtomobilin səkidə olub-olmamasına bizim qurum cavabdeh deyil”.

Həmçinin bax: Nəyə görə yol asfaltlanandan sonra kommunikasiya xətləri ilə bağlı yenidən qazılır? - VİDEO

Əsaslı şəkildə təmir olunan Bəsti Bağırova küçəsində asfalt yenidən qazıldı - FOTO

Paylaş:
490

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər