Bu gün 7085 nəfərə vaksin vurulub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu gün 7085 nəfərə vaksin vurulub

S.Xankişiyeva17:40 - 16 / 04 / 2022
Bu gün 7085 nəfərə vaksin vurulub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 7 085 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan 1news.az-a verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 535, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 560, üç və daha çox doza vaksin vurduranların sayı 5 538, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 452 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 589 438, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 334 034, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 836 019, üç və daha çox doza vaksin vurduranların sayı 3 183 237, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 236 148 təşkil edir.


Paylaş:
439

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər