Qarabağ Dirçəliş Fonduna “İmprotex” tərəfindən ianə edilən yeni texnika Şuşa Qoruğuna təhvil verilib – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ Dirçəliş Fonduna “İmprotex” tərəfindən ianə edilən yeni texnika Şuşa Qoruğuna təhvil verilib – FOTO

S.Xankişiyeva15:00 - 19 / 04 / 2022
Qarabağ Dirçəliş Fonduna “İmprotex” tərəfindən ianə edilən yeni texnika Şuşa Qoruğuna təhvil verilib – FOTO

17 aprel 2022-ci il tarixində Qarabağ Dirçəliş Fonduna “İmprotex” şirkətlər qrupu tərəfindən ianə edilən texnikalar Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verilib.

1news.az-ın verdiyi xəbərə görə, Qarabağ Dirçəliş Fondunun donoru olan “İmprotex” şirkətlər qrupu tərəfindən bir ədəd 10 tonluq mobil yanacaqdoldurma çəni və yanacaqdoldurma məntəqələrinin daşınması üçün bir ədəd “Hattat” markalı traktor Fondun İdarə Heyətinin sədri Rəhman Hacıyev və şirkətin vitse-prezidenti Vüqar Ələkbərov tərəfindən Şuşada aparılan bərpa-quruculuq və abadlıq işlərinə töhfə vermək məqsədilə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Məftun Abbasova təhvil verilib.

Xatırladaq ki, bir müddət öncə “İmprotex” şirkətlər qrupu tərəfindən Fonda ianə edilən bir ədəd “JAC N120” şassisi üzərində quraşdırılan “Platepower 10” üst qurğulu tullantı daşıma avtotexnikası və bir ədəd həmin şirkətin istehsalı olan 5 tonluq mobil yanacaqdoldurma məntəqəsi Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinə təhvil verilib.

Qarabağ Dirçəliş Fondu bu gözəl təşəbbüs üçün “İmprotex” şirkətlər qrupunun rəhbərliyinə və bütün heyətinə təşəkkür edir və hər kəsi işğaldan azad edilən ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinin təşkili və sosial-iqtisadi rifahın yaxşılaşdırılması məsələsinə dəstək olmağa dəvət edir.

Qeyd olunmalıdır ki, işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma prosesinə dəstək verilməsi üçün donorların cəlb edilməsi və ianəçilik mədəniyyətinin təşviqi Fondun fəaliyətinin əsas istiqamətlərindəndir. Fond yarandığı gündən etibarən, bir çox şirkətlər birlik nümayiş etdirərək Qarabağda aparılan bərpa və quruculuq işlərinə dəstək göstərmək məqsədilə QDF-ə ianə edib.

Qarabağı birlikdə daha gözəl bərpa edəcəyik!

Paylaş:
371

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər