Qarabağ atlarının biomaterial bankı yaradılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Qarabağ atlarının biomaterial bankı yaradılıb

Qafar Ağayev17:06 - 20 / 04 / 2022
Qarabağ atlarının biomaterial bankı yaradılıb

Respublika Süni Mayalanma Mərkəzində Qarabağ atlarının biomaterial (toxum) kreobankı yaradılır.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən 1news.az-a bildiriblər ki, Azərbaycan tarixində ilk dəfə olaraq Qarabağ Atçılıq Kompleksindən gətirilmiş cins atlardan süni vagina vasitəsilə toxum alınıb. Alınmış toxum nümunələri Mərkəzin müasir laboratoriyalarında xüsusi üsulla qablaşdırılıb. Bu nümunələrdən atların cins tərkibinin daha da yaxşılaşdırılmasında istifadə olunacaq. Eyni zamanda, Qarabağ atlarının kreobankının yaradılması bu cinsin qorunub saxlanmasına, biomaterialın itməməsinə kömək göstərəcək.

Atların süni mayalandırılması məqsədilə Mərkəzdə respublikanın müxtəlif rayonlarından gəlmiş baytarlara və süni mayalanma texniklərinə təlim keçirilib. Rusiyadan dəvət olunmuş xarici mütəxəssis tərəfindən keçirilən təlimlər 5 gün davam edib. Təlimlərdə yerli mütəxəssislərə cins atların damazlıq tərkibinin yaxşılaşdırılması üçün süni mayalanma üsullarından istifadə qaydaları öyrədilib. Qeyd edək ki, buna qədər Azərbaycanda yalnız iribuynuzlu mal-qaranın süni mayalanma yolu ilə artırılması praktikasından istifadə olunub.

Respublika Süni Mayalanma Mərkəzində Qarabağ atlarının biomaterial kreobankının yaradılmasına həsr olunmuş tədbirdə çıxış edən Mərkəzin direktoru Elton Əbdurəhmanov bildirib ki, son illər ölkədə atçılığın inkişafı üçün məqsədyönlü tədbirlər görülür. Azərbaycanda xüsusilə yerli cinslərdən olan Qarabağ atlarına maraq kifayət qədər böyükdür. Cins atlardan süni yolla biomaterial nümunələrinin alınması və toxum bankının yaradılması yaxın gələcəkdə Qarabağ atlarının baş sayının çoxalmasına ciddi təsir göstərəcək.

Tədbirdə Göygöl rayonu icra hakimiyyəti başçısının müavini Turani Əliyev, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, Qarabağ Atçılıq Kompleksinin direktoru Elman Qədirov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun direktoru Mahir Hacıyev, Qarabağ atları üzrə tanınmış mütəxəssis Yaşar Quluzadə çıxış edərək Qarabağ atlarının kreobankının yaradılmasını yüksək qiymətləndirib, bu addımın yerli atların cins damazlıq tərkibinin qorunub saxlanmasına müsbət təsir göstərəcəyini qeyd ediblər.

Daha sonra tədbir iştirakçıları Respublika Süni Mayalanma Mərkəzində saxlanılan Qarabağ atlarına baxış keçirib, Mərkəzin müasir laboratoriyaları ilə tanış olublar.

Paylaş:
430

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər