Vətəndaşı rüşvət verməyə təhrik edən şəxsin qanunsuz əməlləri ifşa edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vətəndaşı rüşvət verməyə təhrik edən şəxsin qanunsuz əməlləri ifşa edilib

Qafar Ağayev10:30 - 20 / 04 / 2022
Vətəndaşı rüşvət verməyə təhrik edən şəxsin qanunsuz əməlləri ifşa edilib

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vətəndaşı rüşvət verməyə təhrik edib pulunu ələ keçirən Babayev İlkin Əbülfəz oğlunun qanunsuz əməlləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanaraq istintaqı aparılıb.

Baş Prokurorluqdan 1news.az-a verilən məlumata görə, istintaqla İlkin Babayevin özünü işgüzar və geniş əlaqələrə malik şəxs kimi təqdim edib guya prokurorluq orqanlarında yuxarı vəzifə tutan yaxın münasibəti olduğu səlahiyyətli şəxs vasitəsilə məhkəmənin icraatında olan cinayət işi üzrə təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin alternativ qətimkan tədbiri ilə əvəz edilməsinə köməklik göstərilməsi barədə təqsirləndirilənin yaxın qohumuna yalan vəd verərək, ona olan inam və etibardan sui-istifadə etməklə 2020-2021-ci illər ərzində ayrı-ayrı vaxtlarda sonuncudan ümumilikdə 30 min manat məbləğdə pul vəsaitini alıb şəxsi ehtiyaclarına sərf etməsinə, eləcə də qeyd olunan hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən olunub.

İş üzrə toplanmış sübutlar əsasında Babayev İlkin Əbülfəz oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq- xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 32.4, 312.1-ci (vəzifəli şəxsə rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilməklə cinayət işi baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Paylaş:
249

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər