Bakıda orta məktəbin damında yaranan təhlükəli vəziyyət aradan qaldırılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda orta məktəbin damında yaranan təhlükəli vəziyyət aradan qaldırılıb

Qafar Ağayev13:17 - 21 / 04 / 2022
Bakıda orta məktəbin damında yaranan təhlükəli vəziyyət aradan qaldırılıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Xəzər rayonunda üçmərtəbəli orta məktəb binasının damında metal vərəqənin yerindən qoparaq asılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

1news.az-ın FHN-yə istinadən xəbərinə görə, ərazidən keçən insanların təhlükəsizliyinin təmin olunması məqsədilə nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış ünvanına cəlb olunub. Xilasedicilər asılı vəziyyətdə qalan metal vərəqəni müvafiq qaydada götürərək təhlükəni aradan qaldırıblar.

Paylaş:
250

Son xəbərlər

Bütün xəbərlər