Mənzil bazarında vəziyyət - Ukraynada baş verənlər Azərbaycanda ev qiymətlərinə necə təsir edəcək? - Ekspert | 1news.az | Xəbərlər
Cəmiyyət

Mənzil bazarında vəziyyət - Ukraynada baş verənlər Azərbaycanda ev qiymətlərinə necə təsir edəcək? - Ekspert

Qafar Ağayev17:19 - 21 / 04 / 2022
Mənzil bazarında vəziyyət - Ukraynada baş verənlər Azərbaycanda ev qiymətlərinə necə təsir edəcək? - Ekspert

“Hal-hazırda Bakıda daşınmaz əmlak bazarında, konkret mənzil bazarında stabil bir vəziyyət müşahidə olunur”.

Bunu 1news.az-a açıqlamasında əmlak eksperti Ramil Osmanlı deyib.

“3 aylıq dinamik vəziyyətdən sonra aprel ayının xüsusilə 2-ci ongünlüyündən etibarən tədricən stabilləşmə müşahidə olunmaqdadır. Qiymətlər də qeyd etdiyim dövrdə kəskin artdı və demək olar ki, indi qiymət artımı da bir qədər stabilləşib. Yəni ümumi mənzərə bundan ibarətdir. Amma qarşıdakı aylarda nə baş verəcəyini indidən söyləmək tezdir”.

Rusiya-Ukrayna müharibəsinin Azərbaycanın mənzil bazarına təsirlərindən ddanışan R.Osmanlı deyib ki,bu müharibənin mənzil bazarına təsirləri iki istiqamətdə ola bilər:

“Bir, təbii ki, həmin ölkələrdə proses bir qədər dəqiqləşərsə, proses dərinləşərsə, bunun nəticəsində ölkəmizə axın artarsa, bu qiymət artımına gətirib çıxaracaq. İkinci istiqamət isə Ukraynanın və Rusiyanın tikinti materiallarının idxalı baxımından Azərbaycanla çox vacib tərəfdaş olması ilə bağlıdır. Yəni Azərbaycana tikinti materialları idxalında əsas pay sahibidirlər. Tikinti materiallarının qiymətlərində kəskin artım mənzil bazarında da qiymət artımına səbəb olacaq. Düşünürəm ki, Rusiya-Ukrayna müharibəsinin nəticəsi Azərbaycanda daşınmaz əmlak bazarında qiymət artımına gətirib çıxara bilər”.

Ekspert bildirib ki, fərdi həyət evləri ilə müqayisədə mənzillərdə qiymətlər daha bahadır.

“Fərdi evlərdə də qiymət artımı var. Prosesin tərkib hissəsi olaraq nəzərə almalıyıq ki, ölkədə torpaq sahələrinə olan tələbat yüksək olaraq qalır. Torpaq sahələrinə tələbin yüksək olması təbii ki, fərdi yaşayış evlərində qiymətə təsir edir. Nəzərə alsaq ki, indi tikinti baxımından mövsüm ayıdır, düşünürəm ki, qarşıdakı 1-2 ay ərzində biz fərdi yaşayış evlərinin qiymətlərində müəyyən artımlar müşahidə edəcəyik”.

Paylaş:
468

Son xəbərlər

“4Sİ Akademiyası” “Üstün Nailiyyət Mükafatı 2024” üzrə finala çıxıbBu gün, 19:08Bakıda UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi keçirilibBu gün, 17:58Bakıda avtomobillərdən və ödəniş terminalından 14 min manat oğurluqda şübhəli bilinən qardaşlar saxlanılıblarBu gün, 17:45Ötən həftə azad olunmuş ərazilərdə aşkarlanan minaların sayı açıqlandıBu gün, 17:31Xaricdə işə düzəltmə vədi ilə külli miqdarda pul ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıbBu gün, 17:12Polis Akademiyasında Bilik günü və andiçmə mərasimi keçirilibBu gün, 16:52Bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı varBu gün, 16:32“Formula 1” üzrə Azərbaycan Qran-prisinə görə bağlanan prospekt və küçələr açılıbBu gün, 16:22Mehriban Əliyeva: Bütün məktəblilərə möhkəm cansağlığı, tükənməz enerji, əzmkarlıq və əla qiymətlər arzulayıramBu gün, 16:07Görkəmli pianoçu Elmira Səfərovanın məzarı ziyarət olunubBu gün, 15:22ADY yeni dərs ili ilə bağlı gücləndirilmiş iş rejiminə keçibBu gün, 14:48Bakı-Xocalı-Xankəndi-Şuşa avtobus reysinin ilk sərnişinləri yola salınıbBu gün, 14:31Heydər Əliyev Beynəlxalq Aeroportu Hava Limanı Karbon Akkreditasiyası (ACA) proqramı çərçivəsində 2-ci səviyyəyə nail olubBu gün, 14:19ROG Zephyrus G16: Misilsiz təsvir keyfiyyəti və süni intellektin gücü kompakt formatda - FOTOBu gün, 14:16MSK növbədənkənar parlament seçkilərinə yekun vurubBu gün, 14:01“Nar” YAŞAT Fondu ilə birgə “Bilik Günü” münasibətilə şəhid övladlarını təbrik etdi - FOTOBu gün, 13:16Bakıda daha bir marşrut xəttinin hərəkət sxemində dəyişiklik olunubBu gün, 13:10Yağış yağacaq, külək əsəcək - PROQNOZBu gün, 12:5522 heyvan kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıbBu gün, 12:49Məzahir Pənahov: “Artıq bizim icraatımızda olan müraciət qalmayıb“Bu gün, 12:39
Bütün xəbərlər