Lahıcda qədimi əşyalar oğurlanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Lahıcda qədimi əşyalar oğurlanıb - FOTO

Qafar Ağayev09:20 - 21 / 04 / 2022
Lahıcda qədimi əşyalar oğurlanıb - FOTO

İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən misgərlik mağazasından və evin həyətyanı sahəsindən oğurluq edilib.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan 1news.az-a verilən məlumata görə, naməlum şəxslər ümumi dəyəri 10 000 manata yaxın olan - 400 illik tarixə malik məcmeyini, eləcə də ötən əsrin əvvəllərinə aid misdən hazırlanmış qədimi məişət əşyalarını oğurlayaraq hadisə yerindən yayınıblar.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri olan qardaşlar - Murad və Timur Abdullayevlər saxlanılıb.

Araşdırma zamanı müəyyən edilib ki, qardaşlar oğurluq məqsədilə paytaxtdan İsmayıllı rayonuna gəliblər və burada əməllərini həyata keçirdikdən sonra oğurladıqları mis qabları Bakı şəhərinə apararaq ayrı-ayrı metal qəbulu məntəqələrinə satıblar. Saxlanılan şəxslər törətdikləri cinayəti etiraf ediblər və onların oğurladıqları qablar satdıqları yerlərdən maddi sübut kimi götürülüb.

Faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, oğurluqda əli olan digər şəxsin tutulması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Paylaş:
623

Son xəbərlər

Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30Quba rayonunda qanunsuz tikili sökülübBu gün, 10:29“Christian Dior Couture Azərbaycan” MMC ləğv olunduğunu elan edibBu gün, 10:29Mikayıl Cabbarov: ““Yaşıl artım portalı” yaşıl keçid strategiyalarını təkmilləşdirməyə kömək edəcək”Bu gün, 10:20Visionnaire – İtaliyadan gələn zəriflik və dəbdəbə - FOTOBu gün, 10:11COP29 konfransı ilə əlaqədar tibbi xidmət göstərilən şəxslərin sayı açıqlanıbBu gün, 10:04Ötən həftə meşə fondu torpaqlarında 136 mindən artıq ağac əkilibBu gün, 09:55Adil Kərimli Sivilizasiyalar Alyansı Nazir Dostlar Qrupunun Yüksək Səviyyəli Görüşündə çıxış edibBu gün, 09:51Ölkə ərazisində yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 09:47Əmtəə bazarlarında qızıl və gümüş daha da bahalaşıbBu gün, 09:35AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:24Yaxın Şərqdə sülhə doğru: İsrail ABŞ-nin planını təsdiqlədiBu gün, 09:18Vətəndaşlara məxsus fərdi məlumatları qanunsuz əldə edən kiberdələduzların məhkəməsi keçirildiBu gün, 09:14
Bütün xəbərlər