1000-dən çox gənc özünüməşğullluq proqramına cəlb edilib | 1news.az | Xəbərlər
Cəmiyyət

1000-dən çox gənc özünüməşğullluq proqramına cəlb edilib

Qafar Ağayev12:53 - 21 / 04 / 2022
1000-dən çox gənc özünüməşğullluq proqramına cəlb edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin icra etdiyi özünüməşğulluq proqramında gənclərin də iştirakına üstünlük verilir.

Nazirlikdən 1news.az-a verilən məlumata görə, son 3 ayda 1000-dən çox gənc özünüməşğullluq proqramına cəlb edilib.

Onlar istehsal, xidmət və kənd təsərrüfatı sahələri üzrə proqramda iştirak üçün qeydiyyata alınıb və təlimlərə cəlb olunublar. Təlimləri uğurla bitirənlərin aktivlərlə təminatı həyata keçirilir.

Qeyd edək ki, ötən il də 4300-dək gənc özünüməşğulluq proqramına cəlb edilərək onlar üçün kiçik bizneslər yaradılıb.

Paylaş:
240

Son xəbərlər

Bütün xəbərlər