Zeynəb Xanlarovanın bacısı oğluna hökm oxunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Zeynəb Xanlarovanın bacısı oğluna hökm oxunub

S.Xankişiyeva17:07 - 22 / 04 / 2022
Zeynəb Xanlarovanın bacısı oğluna hökm oxunub

Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

1news.az-ın Report-a istinadla verdiyi xəbərə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Çingiz Səfərov 3 il 6 ay, sabiq icra nümayəndəsi Rahil Babayev 2 il azadlıqdan məhrum edilib.

Hökmə əsasən, polisin nəzarəti altında verilmiş Daşqın Nəsirov 5 il 6 ay şərti cəza verilib. Bundan başqa, ev dustaqlığında olan Eldar Mirzəyevlə Zəfər Abdulovun hər biri isə 1 il 6 ay sınaq müddəti olmaqla 3 il şərti olaraq azadlıqdan məhrum olunub.

Qeyd edək ki, Türkan qəsəbə sakinləri Xumara Şabanova və Əzizxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması faktı ilə bağlı prokurorluq orqanları tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə Baş Prokurorluğun İstintaq idarəsində cinayət işi başlanıb.

Aparılmış istintaqla fərdi qaydada torpaq alqı-satqısı ilə məşğul olan Çingiz Səfərov, Qərib Nadirov və Daşqın Nəsirovun təhriki ilə Xəzər RİH-nin başçısının Türkan qəsəbəsi üzrə sabiq nümayəndəsi Rahil Babayev və bələdiyyənin sabiq sədri Mehman Ağayevin, eləcə də ləğv edilmiş Əmlak Məsələləri Dövlət Komitəsinin DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin sabiq rəisi Zəfər Abdulovun, sabiq rəis müavini Eldar Mirzəyevlə qabaqcadan əlbir olub öz qulluq səlahiyyətlərindən sui-istifadə edib paytaxtın Xəzər rayonu, Türkan qəsəbəsində dəniz sahilində yerləşən ümumilikdə 1.12 ha ölçüdə, 190 min manat dəyərində torpaq sahəsinin ayrı-ayrı şəxslərin qanunsuz mülkiyyətinə vermələrinə əsaslı şübhələr müəyyən edilib.

İstintaq zamanı Ç.Səfərov, Qərib Nadirov və D.Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq - külli miqdarda), 320.2 (rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, Rahil Babayev, M.Ağayev, Z.Abdulov və E.Mirzəyev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və başqa maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Təqsirləndirilən R.Babayev və Ç.Səfərov barəsində məhkəmənin qərarı ilə həbs, D.Nəsirov barəsində həbsə alternativ olan ev dustaqlığı, Z.Abdulov və E.Mirzəyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, M.Ağayev və Qərib Nadirov isə istintaq orqanının çağırışlarına gəlməkdən qəsdən boyun qaçırdıqlarına görə barələrində axtarış elan edilib.

29.04.2021-ci il tarixdə cinayət işi üzrə istintaq yekunlaşdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Qeyd edilməlidir ki, axtarış elan edilmiş M.Ağayev və Q.Nadirov barəsində cinayət işi ayrıca icraata ayrılaraq hazırda Baş Prokurorluğun İstintaq idarəsində istintaqı davam etdirilir.

Xatırladaq ki, D.Nəsirov Xalq artisti, Milli Məclisin sabiq deputatı Zeynəb Xanlarovanın bacısı oğludur.

Paylaş:
337

Son xəbərlər

Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edibBu gün, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıbBu gün, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyubBu gün, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİBBu gün, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİBBu gün, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİBBu gün, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyubBu gün, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTOBu gün, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVABu gün, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulubBu gün, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTOBu gün, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİBBu gün, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEOBu gün, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edibBu gün, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyubBu gün, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıbBu gün, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”Bu gün, 13:10AMEA-nın loqosu dəyişdi - FOTOBu gün, 13:02Bazar günü hava necə olacaq? - PROQNOZBu gün, 12:55
Bütün xəbərlər