Xanəndə Oqtay Hacıyev vəfat edib | 1news.az | Xəbərlər
Cəmiyyət

Xanəndə Oqtay Hacıyev vəfat edib

Qafar Ağayev09:17 - 22 / 04 / 2022
Xanəndə Oqtay Hacıyev vəfat edib

Azərbaycanlı xanəndə, bəstəkar Oqtay Hacıyev vəfat edib.

1news.az xəbər verir ki, bu barədə APA-ya mərhumun sənət dostu Sabir Abdullayev məlumat verib.

Oqtay Hacıyev 1951-ci ildə Şəmkir rayonunda anadan olub. O, Azərbaycan Televiziyasının Xalq Çalğı Alətləri Orkestrinin solisti, Azərbaycan Dövlət Televiziyası və Radiosunun C.Cahangirov adına xorunun ali dərəcəli tenor ifaçısı və solisti olub.

Mərhum sənətkar məşhur "Neyçün bəs?" mahnısınin müəllifi və Xan Şuşinskinin sonuncu tələbəsi idi.

Paylaş:
370

Son xəbərlər

Bütün xəbərlər