Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb
Dövlət Təhlükəsizliyi Xidməti Qarabağ Dirçəliş Fonduna vəsait köçürüb.
1news.az-ın verdiyi xəbərə görə, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin saytına istinadən məlumat verir.
"Məlumdur ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə hazırda genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. İşğaldan azad olunmuş ərazilərin bərpası və yenidən qurulması tədbirlərinə dəstəyin göstərilməsi məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Qarabağ Dirçəliş Fonduna 200 000 (iki yüz min) manat məbləğində pul vəsaiti köçürülmüşdür", - məlumatda deyilir.
Mövzu ilə əlaqədar oxuyun:
“Yaşıl Qarabağ” ideyası mövzusunda görüş keçirilib – FOTO
Heydər Əliyev adına Müasir Təhsil Kompleksi Qarabağ Dirçəliş Fonduna 600 ağac ianə edib - FOTO