Ötən həftə işğaldan azad olunmuş ərazilərdə nə qədər mina aşkarlanıb? - Statistika açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən həftə işğaldan azad olunmuş ərazilərdə nə qədər mina aşkarlanıb? - Statistika açıqlandı

Qafar Ağayev11:22 - 25 / 04 / 2022
Ötən həftə işğaldan azad olunmuş ərazilərdə nə qədər mina aşkarlanıb? - Statistika açıqlandı

Aprelin 18-dən 23-dək 475,7 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

1news.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) işğaldan azad edilmiş ərazilərdə icra olunan minatəmizləmə əməliyyatları barədə həftəlik hesabatında deyilir.

Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl, Xocavənd və Zəngilan rayonlarının ərazilərində aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 46 piyada əleyhinə mina, 126 tank əleyhinə mina və 170 partlamamış hərbi sursat aşkarlanıb.

Paylaş:
382

Son xəbərlər

Bütün xəbərlər