Bayram namazının vaxtı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bayram namazının vaxtı açıqlanıb

09:00 - 26 / 04 / 2022
Bayram namazının vaxtı açıqlanıb

Azərbaycanda Ramazan bayramı namazının vaxtı açıqlanıb.

1news.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, bayram namazı Göy məscid və Əjdərbəy məscidində mayın 2-si saat 09:00-da, Təzə Pir məscidində isə saat 10:00-da qılınacaq.

"Digər məscidlər də namazlarını saat 09:00 və ya 10:00-da təşkil etməkdə azaddırlar", - o qeyd edib.

Xatırladaq ki, Azərbaycanda Ramazan bayramı 2-3 may tarixlərində qeyd ediləcək.

1news.az

Paylaş:
332

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər