Motosikletçini döyən məmur bu vəzifədə işləyir | 1news.az | Xəbərlər
Cəmiyyət

Motosikletçini döyən məmur bu vəzifədə işləyir

11:14 - 26 / 04 / 2022
Motosikletçini döyən məmur bu vəzifədə işləyir

Ötən gün paytaxt ərazisində motosikletçiyə qarşı xuliqanlıq əməli törədən “Lexus” markalı avtomobilin sürücüsü ilə bağlı bəzi məqamlar üzə çıxıb.

1news.az-ın qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, aprelin 25-də motoroller sürücüsünü döyməklə hüquq pozuntusu törətmiş Sultan Dadaşov əvvəllər Prezident Sarayının təminat şöbəsinin müdiri olub. O, 2022-ci ilin əvvəlində vəzifəsindən azad olunaraq Prezidentin İşlər İdarəsində inzibati xarakterli sıravi işə keçirilib.

Ehtimala görə, baş vermiş hadisədən sonra onun hətta inzibati işdə qalması belə mümkün görünmür və o, bu vəzifədən də azad olunacaq.

Qeyd edək ki, Sultan Dadaşovun törətdiyi hadisənin görüntüləri ötən gün yayılıb.

Mövzu ilə bağlı:

Motosiklet sürücüsünü döyən şəxs danışdı - “Məni işdən çıxaracaqlar” - VİDEO

1news.az

Paylaş:
188

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər