Bakı Fotoqrafiya evində fotomarafonun nəticələri açıqlandı - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı Fotoqrafiya evində fotomarafonun nəticələri açıqlandı - FOTO

Qafar Ağayev16:15 - 27 / 04 / 2022
Bakı Fotoqrafiya evində fotomarafonun nəticələri açıqlandı - FOTO

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Fotoqraflar Birliyinin birgə təşkilatçılığı ilə Bakı Fotoqrafiya evində Beynəlxalq abidələr və Tarixi yerlər günü münasibəti ilə təşkil olunan fotomarafon başa çatdı.

1news.az xəbər verir ki, İçərişəhər ərazisində təşkil olunan fotomarafonda əlliyə yaxın iştirakçı qədim şəhərin şəkillərini çəkmişdirlər.

Münsiflər heyətinə təqdim edilən 500-dən çox fotoşəkil iki kateqoriyaya bölünmüşdür: fotokameraya və mobil telefona çəkilən şəkillər.

Qeyd etmək lazımdır ki, İçərişəhər ərazisində baş tutan fotomarafonda 47 nəfər iştirak etmişdir və 500-dən çox şəkil göndərilmişdir. Yarışmanın münsiflər heyətinə “İçərişəhər” Muzey Mərkəzinin direktoru Əminə Məlikova, Bakı Fotoqrafiya evinin rəhbəri Yusif Abdullayev və Fotoqraflar birliyindən Rüstəm Hüseynov, Vüqar İbadov, Könül Süleymanova daxildir.

Qapalı səsvermənin nəticələrinə əsasən, fotomarafonun qalibləri iki kateqoriya üzrə seçiliblər.

Mobiloqrafiya üzrə qaliblər:
1ci yer – Natali Gabibova (İçərişəhərin flora və faunası)
2ci yer – Leyla Məmmədova (İçərişəhərin həyatı)
3cü yer – Zərifə İbadova (İçərişəhərin muzeyləri)

Fotoqrafiya üzrə qaliblər:
1ci yer – Nadejda Cavadova (İçərişəhərin həyatı)
2ci yer – Günay Məmmədova (İçərişəhərin flora və faunası)
3cü yer – Nəriman Kərimov (İçərişəhərin muzeyləri)

Ən yaxşı işlərin müəllifləri Bakı Fotoqrafiya Evində mükafatlandırılıb, onlara sertifikatlar və xatirə hədiyyələri təqdim edilib.

Paylaş:
309

Son xəbərlər

Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44
Bütün xəbərlər