Ötən baş verən 1 yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən baş verən 1 yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb

Qafar Ağayev11:08 - 27 / 04 / 2022
Ötən baş verən 1 yol-nəqliyyat hadisəsində 2 nəfər ölüb

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılmışdır.

Bu barədə 1news.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Əvvəlki dövrlərdən bağlı qalmış 10 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 118 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 95 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 75 nəfər saxlanılıb.

Paylaş:
238

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər