YAP-da Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə bağlı konfrans keçirilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

YAP-da Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə bağlı konfrans keçirilib - FOTO

S.Xankişiyeva14:37 - 28 / 04 / 2022
YAP-da Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilə bağlı konfrans keçirilib - FOTO

Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümünə həsr olunan "Nurlu ömrün işığı" adlı konfrans keçirilib.

1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, tədbirdə YAP sədrinin müavini-Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov, səhiyyə naziri Teymur Musayev, YAP İdarə Heyətinin üzvü, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları və digər şəxslər iştirak edib.

Tədbirin əvvəlində görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın, torpaqlarımızın müdafiəsində və azad edilməsində şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra görkəmli oftalmoloq, akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr edilmiş film nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP sədrinin müavini-Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov bildirib ki, Zərifə Əliyevanın şərəfli ömür yolu gələcək nəsillər üçün nümunədir: “Zərifə xanım Əliyeva gənc nəslin milli-mənəvi tərbiyəsində mühüm nümunə yaradıb. Azərbaycanda traxomanın xəstəlik kimi ləğv edilməsi də Zərifə Əliyevanın adı ilə bağlıdır. O həmçinin, Azərbaycanda oftalmologiyanın inkişafına töhfələr verib. Bununla yanaşı Zərifə xanım Əliyevanın ictimai fəaliyyəti də cəmiyyətimiz üçün faydalı olub. O vətən üçün, Azərbaycan naminə misilsiz işlər görüb. Heydər Əliyev və Zərifə Əliyeva məktəbindən dərs alan Prezident İlham Əliyev Azərbaycana tarixi nailiyyətlər qazandırıb”.

Səhiyyə naziri Teymur Musayev qeyd edib ki, Zərifə xanım elə şəxsiyyət idi ki, onunla ünsiyyətdə olanlar onu bir daha unuda bilmirdilər: “Zərifə xanım üçün xeyirxahlıq hər zaman həyat tərzi olub. Azərbaycan xanımına xas olan bütün keyfiyyətləri özündə birləşdirən Zərifə xanım hər zaman ulu öndərə dəstək olub. İlk dəfə olaraq Azərbaycanda Zərifə Əliyevanın sayəsində göz orqanının peşə xəstəlikləri öyrənilib. Ölkəmizdə hazırda səhiyyə sahəsində əldə olunan nailiyyətlərdə onun böyük zəhməti var. Zərifə Əliyevanın işıqlı obrazı heç vaxt xatirələrdən silinməyəcək”.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova “Akademik Zərifə Əliyeva - xeyirxahlıq və humanizm mücəssəməsi” mövzusunda nitq söyləyib: “Bu gün Zərifə xanım insanların qəlbində özünə sevgidən abidə ucaldıb”.

Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib ki, 40-50-ci illərdə dünyada 400 milyon insan traxoma xəstəliyinə tutulmuşdu və onlardan 80 milyonunu görmə qabiliyyətini itirmişdi: “Zərifə xanımın elmi fəaliyyyəti, elmi tədqiqatları ilə tanış olanda görürük ki, o həmişə oftolmalogiyanın ən çətin sahələrinə müraciət edib. Zərifə xanım ilk tədqiqatçı idi ki, göz dibini müayinə etməklə insanda olan xəstəlikləri ortaya çıxara bilirdi. Bu tək

Azərbaycanda deyil, dünyada yüksək qiymətləndirilən tədqiqat idi. Zərifə xanımın bu sahədə 2 monoqrafiyası var”.

Paylaş:
367

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər