COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

16:51 - 28 / 04 / 2022
COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 4451 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 431, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 312, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3429, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 279 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 641 623, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 339 221, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 839 464, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 223 472, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 239 466 nəfər təşkil edir.

1news.az

Paylaş:
418

Son xəbərlər

Bayram gününün hava proqnozu

14 / 06 / 2025, 12:58
Bütün xəbərlər