Kamaləddin Qafarov: “Postpandemiya dövrünün ilkin mərhələsində ehtiyatlı olmalıyıq” | 1news.az | Xəbərlər
Cəmiyyət

Kamaləddin Qafarov: “Postpandemiya dövrünün ilkin mərhələsində ehtiyatlı olmalıyıq”

S.Xankişiyeva09:10 - 28 / 04 / 2022
Kamaləddin Qafarov: “Postpandemiya dövrünün ilkin mərhələsində ehtiyatlı olmalıyıq”

“Nazirlər Kabinetinin qərarına əsasən, 2022-ci il may ayının 1-dən etibarən, Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində tətbiq olunan xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi vasitələrdən, tibbi maskalardan istifadə tələbi ləğv edilir.

Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti pandemiyanın fəsadlarını minimuma endirmək üçün bütün zəruri qabaqlayıcı tədbirləri vaxtında və yüksək effektivliklə həyata keçirib. Məhz bu səbəbdən də respublikamız dünyada postpandemiya dövrünə ən az itkilərlə daxil olan ölkələr sıraındadır”.

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib. Millət vəkili bildirib:

“Pandemiya dövrünün ilk günlərindən Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən məhz insan sağlamlığı faktoru əsas prioritet elan olundu. Dövlət başçımızın rəhbərliyi ilə ölkəmizdə infeksiyanın insanlar arasında geniş şəkildə yayılmasının qarşısının alınması üçün vaxtında həyata keçirilən zəruri qabaqlayıcı tədbirlər bu sahədə də Azərbaycan modelini nümunə olaraq bir daha ortaya qoydu. Aərbaycan pandemiya dövründə də özünü bütün dünyaya ümumbəşəri dəyərlərə sadiq qalan, mütəmadi olaraq humanitar təşəbbüslərlə çıxış edən bir ölkə olaraq təqdim etdi. Bunun üçün Azərbaycanın indiyədək Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü bir sıra qlobal təşəbbüsləri xatırlamaq kifayətdir. Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilmiş Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilmiş BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ayrıca qeyd olunmalıdır.

Ölkəmiz Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürmüş və həmin qətnamə 2021-ci ilin mart ayında yekdilliklə qəbul olunmuşdur. Azərbaycan koronavirusla mübarizəni dəstəkləmək məqsədilə indiyədək birbaşa və ya Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə 80-ə qədər ölkəyə maliyyə və humanitar yardımı etmişdir. Bununla yanaşı, 5 ölkəyə peyvənd ianəsi olunub və bu iş gələcəkdə də davam etdiriləcək. Hazırda Qoşulmama Hərəkatına üzv olan 14 ölkəyə təqribən bir milyon doza peyvəndin ianə edilməsi prosesi də davam edir”.

Millət vəkili belə bir məqamı da vurğulayıb ki, dövlətin karantin rejiminin yumşaldılması istiqamətində atdığı addımlar vətəndaşlarda məsuliyyət hissini bir qədər də yüksəltməlidir: “Əlbəttə ki, bu gün artıq 2020-ci il deyil və dövlətimizin vaxtında həyata keçirdiyi pandemiya əleyhinə qabaqlayıcı tədbirlərin yüksək effektivliyi sayəsində Azərbaycan hal-hazırda postpandemiya dövrünün astanasındadır. Lakin bununla yanaşı, COVID-19 infeksiyası hələ də öz ciddiliyini qoruyur. Buna görə də insanlar məhz postpandemiya dövründə, xüsusilə də ilkin mərhələlərdə son dərəcə diqqətli davranmalı və yeni yoluxma özəklərinin yaranmaması üçün bütün ehtiyat tədbirlərini görməlidirlər.

Nəzərə almaq lazımdır ki, Nazirlər Kabinetinin sözügedən qərarında xüsusi olaraq vurğulanır ki, may ayının 1-dən etibarən beynəlxalq hava limanı ərazisində və ölkədə fəaliyyət göstərən təhsil müəssisələrində tibbi maskalardan istifadə artıq məcburi xarakter daşımasa da, bununla belə hələ də tövsiyə edilir. Əlbəttə, yaxşı olardı ki, vətəndaşlar bu kimi tövsiyyə xarakterli çağırışlara ciddi yanaşsınlar. Yalnız bu halda COVID-19 pandemiyasının mümkün geridönüşünün qarşısını almaq mümkündür.”

Paylaş:
341

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər