Biləsuvarda iki avtomobil toqquşdu: Ölən və yaralananlar var | 1news.az | Xəbərlər
Cəmiyyət

Biləsuvarda iki avtomobil toqquşdu: Ölən və yaralananlar var

Qafar Ağayev09:52 - 28 / 04 / 2022
Biləsuvarda iki avtomobil toqquşdu: Ölən və yaralananlar var

Aprelin 27-də saat 11 radələrində Biləsuvar rayonunun Arazbari kəndi ərazisində İmişli rayon sakini A.Qəhrəmanov idarə etdiyi “Hyundai” markalı avtomobili qarşıda gedən Cəbrayıl rayon sakini V.Yunusovun idarə etdiyi “Mercedes” markalı avtomobilə vurub.

Bu barədə 1news.az-a DİN mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, nəticədə hər iki sürücü və V.Yunusovun 2 sərnişini xəstəxanaya yerləşdirilmiş, sərnişinlərdən Sürəyya Hüseynova ölüb.

Biləsuvar Rayon Polis Şöbəsində araşdırma aparılır.

Paylaş:
356

Son xəbərlər

Peruda zəlzələ olub

17 / 05 / 2025, 16:27
Bütün xəbərlər