“Azərsu” ASC-yə yarım milyondan çox ziyan vuran şirkət rəhbərinin cəzası bəlli oldu | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərsu” ASC-yə yarım milyondan çox ziyan vuran şirkət rəhbərinin cəzası bəlli oldu

Qafar Ağayev11:38 - 28 / 04 / 2022
“Azərsu” ASC-yə yarım milyondan çox ziyan vuran şirkət rəhbərinin cəzası bəlli oldu

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda oğurluqda təqsirləndirilən Rabil Şahmarov və Ramel Cəfərovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə hər iki şəxsə 2 il şərti cəza verilb, R.Şahmarov məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, "Nurşah” MMC-nin qanuni təmsilçisi və direktoru olan R.Cəfərov və cəmiyyətin fəaliyyətinə rəhbərlik edən R.Şahmarov xüsusilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıblar.

Belə ki, onlar Xəzər dənizində yerləşən “Böyük Zirə” adası ətrafında batmış gəmilərin çıxarılması və qara metal qırıntısı kimi təhvil verilməsinə köməklik göstərilməsi üçün 2020-ci ildə icarəyə gəmilər götürüblər.

Daha sonra hər iki şəxs Xəzər dənizinə axıdılması məqsədi ilə Hövsan akvatoriyasında dənizin dibi ilə bir-birinə qaynaq edilən 1970-1990-cı illərdə inşa olunmuş "Azərsu” ASC-yə məxsus, istifadə üçün yararlı vəziyyətdə olan, diametri 1420 mm-lik metal boruları dənizin dibində axtarış apararkən aşkarlayıblar. R.Şahmarovla R.Cəfərov "Azərsu” ASC-nin xəbəri olmadan həmin boru xətlərini üzən kran vasitəsilə dənizin dibindən çıxarıb, içərisinə hava doldurmaqla suyun üzərində saxlayaraq yedək gəmilərin vasitəsilə sahilə daşıyıblar.

Ümumilikdə onlar “Azərsu” ASC-yə (817, 98 metr uzunluğunda metal boruları) 640 164 manat dəyərində ziyan vurublar.

İstintaq dövründə R.Şahmarov və R.Cəfərovun barəsində Cinayət Məcəlləsinin 177.4-cü (Oğurluq, xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən R.Cəfərovun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri, digərinin barəsində isə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
302

Son xəbərlər

Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28Bağçalara müdir vəzifəsinə işə qəbul üzrə müsabiqənin elektron sənəd qəbulu başlayıbBu gün, 11:14Kamaləddin Qafarov: “COP29-un nəticələri bütün bəşəriyyətə xidmət edəcək”Bu gün, 11:05Həm piyada keçidindən, həm də qırmızı işıqdan keçən motosiklet qəzaya səbəb olub - VİDEOBu gün, 10:56Azərbaycan neftinin qiyməti 75 dolları ötübBu gün, 10:55Şəhid ailələrinə güzəştlərdə dəyişiklik edildiBu gün, 10:44Yol polisi yağmurlu hava ilə bağlı sürücülərə müraciət edibBu gün, 10:30
Bütün xəbərlər