Laçında fəhlə minaya düşüb - RƏSMİ | 1news.az | Xəbərlər
Cəmiyyət

Laçında fəhlə minaya düşüb - RƏSMİ

Qafar Ağayev15:14 - 29 / 04 / 2022
Laçında fəhlə minaya düşüb - RƏSMİ

Aprelin 29-u saat 14 radələrində Laçın rayonunun işğaldan azad edilmiş Səfiyan kəndi ərazisində 1992-ci il təvəllüdlü Pərvin Salahovun piyada əleyhinə minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Laçın rayon prokurorluğundan 1news.az-a verilən məlumata görə, ilkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində fəhlə kimi çalışan Pərvin Salahovun minaya düşməsi nəticəsində ağır dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Hazırda faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

Paylaş:
369

Son xəbərlər

Bütün xəbərlər