Meşə ərazilərində qanunsuz fəaliyyət ilə bağlı 20-yə yaxın fakt aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Meşə ərazilərində qanunsuz fəaliyyət ilə bağlı 20-yə yaxın fakt aşkarlanıb

Qafar Ağayev17:48 - 29 / 04 / 2022
Meşə ərazilərində qanunsuz fəaliyyət ilə bağlı 20-yə yaxın fakt aşkarlanıb

Ötən il meşə ərazilərində və onlara yaxın yerlərdə qanunsuz olaraq fəaliyyət göstərən ocaqxanalarla bağlı 20-yə yaxın fakt aşkarlanıb.

1news.az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin şöbə rəisi Elnur Babayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin feysbuk səhifəsi üzərindən canlı yayımlanan “Ekspert saatı”nda deyib.

Xidmətin şöbə müdiri bildirib ki, həmin faktlar sənədləşdirilərək baxılması üçün hüquq-mühafizə orqanlarına göndərilib: “Həmin istiqamətdə nəzarət tədbirləri davam etdirilir. Martda Qax rayonunda meşəyə yaxın ərazidə qanunsuz ocaqxana, kömür istehsalı fəaliyyəti ilə məşğul olan 16 nəfər aşkarlanıb”.

E.Babayev yay fəslinin yaxınlaşması ilə əlaqədar olaraq vətəndaşları meşə ərazilərində və onlara yaxın yerlərdə yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə səsləyib.

Paylaş:
257

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər