Dilənçilərə pul verərkən diqqətli olun - DİN-dən müraciət | 1news.az | Xəbərlər
Cəmiyyət

Dilənçilərə pul verərkən diqqətli olun - DİN-dən müraciət

11:53 - 04 / 05 / 2022
Dilənçilərə pul verərkən diqqətli olun - DİN-dən müraciət

Bir neçə gün öncə Bakıda özünü qazi kimi təqdim etməklə, hərbi geyimdə əlil arabasında dilənçilik edən şəxsin əməlləri polis tərəfindən ifşa edilib. Bu hadisə yenidən dilənçilərlə bağlı məsələni gündəmə gətirib.

1news.az xəbər verir ki, bu barədə Trend-ə açıqlama verən DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib ki, belə dələduzlarla əlaqədar vətəndaşlara dəfələrlə müraciət edilib:

"Məscidlərin, ziyarətgahların ətrafında belə insanlar vətəndaşların etibarından sui-istifadə edərək onları aldatmağa cəhd göstərirlər. Hər zaman vətəndaşlarımıza tövsiyə edirik ki, diqqətli olsunlar.

Bütün ictimai yerlərdə bu kimi neqativ hallarla bağlı polis əməkdaşları tərəfindən tədbirlər həyata keçirilir. Bir məqamı da qeyd etmək istəyirəm ki, vətəndaşlar tərəfindən də bu kimi hallar aşkarlanarsa, müşahidə olunarsa, dərhal Daxili İşlər Nazirliyinin 102 zəng mərkəzinə məlumat versinlər", - deyə N.Əliyev bildirib.

1news.az

Paylaş:
368

Son xəbərlər

Bütün xəbərlər