Nizami rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Nizami rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib - FOTO

Qafar Ağayev15:05 - 05 / 05 / 2022
Nizami rayonunda daha bir abad həyət sakinlərin istifadəsinə verilib - FOTO

Nizami rayonunda məhəllə və binaların abadlaşdırılması, həyətlərin yenidənqurulması, yeni infrastrukturların yaradılması, yaşıllıqların salınması işləri uğurla davam etdirilir.

1news.az xəbər verir ki, rayonda həyata keçirilən tədbirlər çərçivəsində Tofiq Abbasov küçəsi 37a, 39 və 39a saylı binaların həyətlərində abadlıq, quruculuq və yenidənqurma işləri başa çatdırılaraq sakinlərin istifadəsinə verilib.

Görülmüş işlər çərçivəsində binaların əhatə etdiyi həyətə asfalt örtüyü, qazon, tamet daşı vurulub, yeni bardürlər və kiçik tullantıların atılması üçün yeni zibil qutuları qoyulub, əlillərin sərbəst hərəkəti üçün panduslar quraşdırılıb.

Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün binaların həyətində söhbətgah və oturacaqlar qoyulub, müxtəlif növ uşaq oyun elementləri, idman qurğuları quraşdırılıb, mini stadion və şahmat meydançaları yaradılıb.

Abadlıq işləri aparılan ərazidəki mövcud yaşıllıqların bərpası ilə yanaşı məhəlləyə 150 ədəd müxtəlif növ həmişəyaşıl ağaclar, gül-çiçək kolları əkilib, mövcud yaşıllıqlara və ağaclara aqrotexniki qaydada qulluq olunub.

Həyətdə yaşıllıqların suvarılması üçün su xətti, yağış sularının kənarlaşdırılması üçün kanalizasiya xətti çəkilib və işıqlandırma sistemləri yenidən qurulub.

Rayon ərazisində aparılan abadlıq-quruculuq və yenidənqurma işləri əhalinin böyük razılığı ilə qarşılanır, görülən işlərə görə rayon sakinləri ölkə başçısına dərin minnətdarlıqlarını bildirirlər.

Paylaş:
392

Son xəbərlər

Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36
Bütün xəbərlər