Azərbaycanda pensiya yaşının azaldılması təklif edilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanda pensiya yaşının azaldılması təklif edilir

15:32 - 05 / 05 / 2022
Azərbaycanda pensiya yaşının azaldılması təklif edilir

“Azərbaycanda pensiya təminatı 2017-ci ildən sərtləşib”.

1news.az-ın Report-a istinadən verdiyi xəbərə görə, bunu Milli Məclisin deputatı Əli Məsimli parlamentin bu gün keçirilən iclasında çıxış edib. O qeyd edib ki, Azərbaycanda demoqrafik vəziyyət dəyişib:

“5 və 5-dən çox uşağı olan ailələrin sayı azalıb. Biz artıq çoxuşaqlı ailələr məhfumuna yenidən baxmalıyıq”.

Deputat vurğulayıb ki, son 30 ildə Azərbaycanda pensiya yaşının dəyişdirilməsi elə ciddi dəyişikliklərə məruz qalmayıb:

“30 il ərzində ömür uzunluğu 2 yaş artıb. Azərbaycanda pensiya yaşı kişilər üçün 63, qadınlar üçün 60 yaş olmalıdır”.

1news.az

Paylaş:
226

Son xəbərlər

Bütün xəbərlər